Keçmiş FTB direktoru ittiham olunur

Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi yalan şahidlik və ədalət mühakiməsinə mane olmaqda ittiham olunur.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ceyms Komi və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan 2016-cı ildə ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələri haqqında sonradan ifşa edilən nəzəriyyənin yayılmasında rollarına görə cinayət işi ilə üzləşirlər.

Bundan əvvəl Tramp MKİ və FTB-nin keçmiş direktorları Con Brennan və Ceyms Kominin Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı yalan məlumat yaydıqlarına görə həbs olunmasına icazə vermişdi.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti