Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Fevral 2026 / 23:12

Keçmiş orkestr rəhbəri yeni vəzifəyə gətirildi

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb.

Bildirilib ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.

Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.

Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!