Əsas məzmuna keç

KETRİN KOLONNA UKRAYNAYA YARDIM YÜKÜ OLAN GƏMİNİN GÖNDƏRİLMƏSİ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

Fransanın xarici işlər naziri Ketrin Kolonna Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşlərdə Ukraynaya yardım yükü olan gəmi göndərilməsi məsələsini müzakirə etməyi planlaşdırır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində bildirilib.

“Səfər zamanı nazir ukraynalı həmkarı Kuleba və prezident Zelenski ilə görüşəcək”, – məlumatda deyilir.

O, Fransanın Ukraynaya dəstəyi gücləndirmək və xüsusilə Marseldən 1000 ton yardım daşıyan gəmi göndərmək planları barədə məlumat verib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…