21 Noyabr 2025 / 23:21

Kir Starmer: “Sülh planının əsası Ukraynanın suverenliyidir”

Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib ki, Ukraynanın suverenliyi Rusiya ilə münaqişənin həlli üçün hər hansı bir planın əsas prinsipi olmalıdır.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “The Guardian” nəşri yazıb.

“Biz hamımız ədalətli və davamlı sülh istəyirik. ABŞ prezidenti Donald Tramp bunu istəyir. Biz hamımız bunu istəyirik. Ona görə də bu istiqamətdə irəliləməliyik. Lakin Ukraynanın öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi prinsipi əsasdır”, – Starmer bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!