Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, yaşı 18-45 arasında olan minə yaxın kişinin həyat tərzi təhlil edilib. Nəticələr göstərib ki, alopesiya yəni saç tökülməsi problemi şəkərli qazlı içkilərin müntəzəm istehlakı ilə əlaqəli ola bilər. Alimlər müəyyən ediblər ki, bu cür içkiləri tez-tez qəbul edən kişilər, onlardan uzaq duranlarla müqayisədə saçlarını daha sürətlə itirmə riski ilə qarşılaşırlar. Lakin əldə olunan nəticələr mütəxəssislər arasında birmənalı qarşılanmayıb. ABŞ-dən olan dermatologiya professoru Syuzan Massik bildirib ki, bu nəticələri qəti həqiqət kimi qəbul etmək düzgün olmazdı. Onun sözlərinə görə, kişilərdə keçəlləşmənin yaranmasına təsir edən çoxsaylı amillər mövcuddur. Əslində, saç tökülməsinin səbəbləri daha mürəkkəb ola bilər. Buraya qidalanma ilə yanaşı, ümumi sağlamlıq vəziyyəti və genetik meyillilik də daxildir. Professor Massik qeyd edib ki, saç tökülməsi riski müxtəlif amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır və bu amillər hər bir insanda fərqli ola bilər. Beləliklə, çinli alimlərin əldə etdiyi nəticələr maraqlı olsa da, keçəlləşmənin yaranma mexanizmlərini tam anlamaq üçün daha geniş və dərin araşdırmalara ehtiyac var. Həyat tərzi, sağlamlıq vəziyyəti və irsi faktorlar bu prosesdə mühüm rol oynayır.