Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qadınların pensiya yaşı hər ölkədə bir hədd ilə müəyyən edilir ki, bu, qadınların orta yaş həddinə əsaslanır. Məsələn, Gürcüstan Konstitusiya Məhkəməsi Budu Şeqilaşvilinin pensiya yaşına dair şikayətini rədd edib. Tezadlar.az xəbər verir ki, hazırda Gürcüstanda pensiya hüququ kişilər üçün 65 yaş, qadınlar üçün isə 60 yaş müəyyən edir. Şikayətçi bu fərqin cinsə görə ayrı-seçkilik olduğunu, bərabərlik hüququna zidd təşkil etdiyini iddia edib. Onun fikrincə, qadın və kişilər pensiya sisteminə eyni səviyyədə töhfə verdiyi üçün fərqli pensiya yaşının tətbiqi əsaslandırılmır. Cavabdeh nazirlik isə ıitərəf isə dövlətin sosial-iqtisadi siyasətdə geniş səlahiyyətlərə malik olduğunu bildirərək, qadınların ev təsərrüfatı işi, hamiləlik, doğuş və uşaq baxımı səbəbilə əmək bazarında daha çox fasilələrlə üzləşdiyini və bu amillərin onların pensiya yığımlarına təsir etdiyini qeyd edib. Həmçinin qadınlar və kişilər arasında əməkhaqqı fərqləri və gender stereotiplərinin də bu tənzimləmənin əsaslandırıcı səbəblərindən olduğu vurğulanıb. Məhkəmə qərarında bildirilib ki, mübahisəli norma qadın və kişilər arasında fərqli yanaşma tətbiq edir və bu fərqləndirmə cins meyarına əsaslanır. Bu səbəbdən iş Konstitusiyanın bərabərlik prinsipinə uyğunluq baxımından ciddi yoxlama testinə əsasən qiymətləndirilib.
Qərarda qeyd olunur ki, qadınların böyük hissəsinin ödənişsiz ev işi görməsi, karyera fasilələri və əmək bazarında struktur bərabərsizliklər onların gəlir və pensiya yığımlarına mənfi təsir göstərir. Eyni zamanda əməkhaqqı fərqləri və gender stereotiplərinin də sistemli bərabərsizliyə səbəb olduğu vurğulanıb.
Konstitusiya Məhkəməsi hesab edib ki, mövcud fərqləndirmə legitim sosial məqsədlərə xidmət edir və bu səbəbdən şikayət təmin olunmayıb.
xxx
Xatırladırıq ki, 1 iyul 2025-ci il tarixindən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 aydır. “Əmək pensiyaları haqqında” qanuna əsasən, bu yaş həddi 2017-ci ildən başlayaraq hər il 6 ay artırılır və 1 iyul 2026-cı il tarixinədək 65 yaşa çatdırılaraq kişilərin pensiya yaşı ilə bərabərləşdiriləcəkdir.
A.Məmmədli