Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 20:25

“Koroğlu”da avtobus zolağı yaradılır

Bakıda “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında nəqliyyatın hərəkət sxemində dəyişiklik ediləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, dəyişikliklər “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin “Piramida” adlanan hissəsinin yaxınlığında tətbiq olunacaq və əsas məqsəd avtobusların hərəkətində yaranan gecikmələrin qarşısını almaqdır.

Məlumata görə, ərazidə ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı yaradılacaq. Bununla əlaqədar digər nəqliyyat vasitələrinin hərəkəti yeni müəyyən edilmiş istiqamətlər üzrə təşkil ediləcək.

AYNA qeyd edib ki, sürücülər Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edərkən təqdim olunan yeni trayektoriyalara uyğun davranmalıdırlar.

Qurum sürücülərə yol nişanlarına və müvəqqəti təşkil olunan hərəkət sxeminə diqqətlə riayət etməyi tövsiyə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!