22 İyun 2023 / 10:13

KREML ZELENSKİNİN RUSİYANIN ZAES-DƏ TERROR AKTI HAZIRLADIĞINA DAİR SÖZLƏRİNİ YALAN ADLANDIRIB

Kreml bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın guya Zaporojye AES-də terror aktı hazırlaması barədə sözləri növbəti yalandır.

“Bilirsiniz, indicə orada, yerindəcə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə təmaslar olub. BAEA-dan çox yüksək qiymət. Onlar hər şeyi gördülər – görmək istədikləri hər şeyi”, – o deyib.

Kreml nümayəndəsi vurğulayıb ki, Moskva və BAEA Zaporojye AES-də (ZAES) vəziyyətlə bağlı dialoqu davam etdirməkdə qərarlıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!