Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə Krım ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus 5 pilotsuz təyyarəni məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Krım Respublikası ərazisi üzərində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, – departamentin açıqlamasında bildirilir.
Bundan əvvəl bildirilib ki, martın 23-də Rusiya hava hücumundan müdafiə qüvvələri Krımın Tarxankut burnunda yerləşən Qlebovskoye qaz-kondensat yatağına Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edib.
ELBAR