22 Aprel 2025 / 21:28

Krımı Rusiya ərazisi kimi tanımaq lazımdır?- ABŞ-DAN UKRAYNAYA SENSASİON TƏKLİF

Amerika Birləşmiş Ştatları çərşənbə günü Londonda Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda Avropa ölkələrinə Krımın Rusiya ərazisi kimi tanınmasını təklif edəcək. Tezadlar.az xəbər verir ki, bununla bağlı “Washington Post“ öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə təklif mümkün sülh sazişi çərçivəsində veriləcək. Vaşinqton cəbhə xəttinin dondurulması məsələsini də qaldıracaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!