Əsas məzmuna keç

Külək təhlükəsi: Rəsmi xəbərdarlıq yayıldı

Milli Hidrometeorologiya Xidməti iyunun 17-18-də gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb.

Tezadlar.az xəbər verir ki, proqnoza əsasən, ölkənin bir sıra rayon və şəhərlərində qərb küləyinin güclənəcəyi gözlənilir.

Sarı xəbərdarlıq Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala və Naxçıvan Muxtar Respublikasını əhatə edir.

Məlumata görə, həmin ərazilərdə qərb küləyinin sürəti 13,9-20,7 metr/saniyə arasında dəyişəcək.

Vətəndaşlara hava şəraitini nəzərə almaq və ehtiyatlı olmaq tövsiyə olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…