Əsas məzmuna keç

KÜRDƏMİRDƏ HƏMKƏNDLİSİNİ BIÇAQLAYAN SAXLANILDI

Kürdəmir rayonu Muradxan kənd sakini İbrahim Salmanovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən həmkəndlisi Amil Abuşov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, İ.Salmanova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın