Ötən gün Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Tezadlar.az xəbər verir ki, hadisə dəmir yol xəttinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.
O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.







