Ötən gün Kürdəmir şəhərində CESD BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin maliyyə, Peşə Təhsili üzrə Dövlət Agentliyi və KOBİA-nın texniki və Kürdəmir Peşə Liseyinin institutsional dəstəyi ilə həyata keçirdiyi “Böyük qayıdışın asanlaşdırılması: Məcburi köçkünlərin iş imkanlarının artırılması ” layihəsinin birinci mərhələsinin yekun konfransı keçirilmişdir. Layihə müddətində Kürdəmir rayonunda yaşayan 25 nəfər məcburi köçkün qadın və gənclər peşə təhsili və biznes təlimləri alıblar.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə MM-in deputataı Vüqar Bayramov sosial media hesabında məlumat paylaşıb.
O, diqqətə çatdırıb ki, layihənin əsas məqsədi, Qarabağa qayıdan məcburi köçkünlərin iş və biznes imkanlarını artırmaq, onların iqtisadi müstəqilliklərini təmin etmək və sosial inteqrasiyalarına dəstək olmaqdır. Bu məqsədlə, Kürdəmir Peşə Liseyinin dəstəyi ilə iştirakçılara xüsusi və intensiv peşə təhsili proqramları təqdim olunub.
“Eyni zamanda, layihə çərçivəsində ekspertlər tərəfindən biznes təlimləri keçirilib və KOBİA-nın dəstəyi ilə sahibkarlıqla məşğul olmaq istəyənlərə biznes planları hazırlamaq imkanı yaradılıb. Təlimin 6 iştirakçısı artıq gözəllik salonlarında və ya evdə vizajist, dırnaq ustası və ya bərbər kimi kiçik bizneslərinə başlamışlar. Bəziləri Kürdəmir şəhərindəki tikiş sexində dərzi kimi fəaliyyətə başlayıblar.
Layihənin Kürdəmir rayonunda keçirilən yekun konfransında Milli Məclisin deputatı, BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin və tərəfdaşlarının, yerli icra hakimiyyəti nümayəndələri, Peşə Təhsili Agentliyinin əməkdaşları, içtimaiyyət nümayəndələri iştirak edib. Həmçinin, layihənin birinci mərhələsinin yekunları üzrə qonaqlara təqdimat da edilib. Qısamüddətli kurslar nəticəsində dərzi və vizajist-bərbər ixtisaslarına yiyələnmiş qadınlar, bu konfransda sertifikatlarla təltif olunublar. Qeyd etmək lazımdır ki, sertifikatlar onlayn hökumət portallarında da əks olunacaqdır. Bu təhsil və təlimlər iştirakçılara öz bizneslərini qurmaq və iqtisadi müstəqillik əldə etmək üçün vacib bacarıqlar qazandırıb.
Yekun konfrans 6 fərqli bölgənin öz məhsul və çıxışlarını nümayiş etdirdiyi peşə festivalı ilə yekunlaşdı.
CESD-nin bu təşəbbüsü, Qarabağa qayıdacaq məcburi köçkünlərin iş və həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasına və iqtisadiyyatın inkişafına mühüm töhfə verməkdədir”, – deyə qeyd edib.
JASMİN