Əsas məzmuna keç

LAÇINDA 1 TONDAN ARTIQ ÇƏTƏNƏ BİTKİSİ YANDIRILIB

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2024” planına uyğun olaraq, digər qurumlarla birgə tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, tədbir zamanı Güləbird kəndinin ərazisində Həkəri çayının sağ sahilində yabanı halda bitən çəkisi 1 tondan artıq 7035 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…