Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Latviyanın “Avroviziya-2025”dəki təmsilçisi “Tautumeytas” qrupu rus dilində müsahibə verdiyi üçün tənqid olunub.
“Tezadlar.az” xəbər verir ki, internetdə müğənnilərin jurnalistlərlə rusca söhbətinin videosu yayılıb.
Qızlardan birinə rus dilində qrupun İsveçrədə ictimaiyyət tərəfindən necə qarşılandığı barədə sual verilib. O da suala rusca cavab verib. Rus dilində aparılan dialoq sosial medianın yerli seqmentində narazılığa səbəb olub.
Latviya Milli Media Şurasının rəhbəri İvars Abolinş isə müsahibənin yerli mətbuatda bu formada təqdim edilməsini ciddi şəkildə qınayıb:
“Rus dilində müsahibələrin vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən ictimai media tərəfindən yayımlanması, xüsusən də “Avroviziya” mahnı müsabiqəsi kontekstində qəbuledilməzdir”.