
Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəliblər. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu ölkədə Amerika rəsmiləri ilə Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparılacaq. Məlumata görə, ABŞ tərəfindən danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcəklər. Qeyd edək ki, Rusiyada mətbuat konfransı zamanı Sergey Lavrov bildirib ki, “Danışıqlar çərçivəsində Ukraynaya ərazi güzəştlərindən danışmaqdan söhbət gedə bilməz”.
