Lənkəranda baş verən bu hadisə hiddət doğurmaqdadır: 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bu gün saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə tezadlar.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Cavabda deyilir ki, azyaşlıya dəqiqləşdirilməmiş sağ gözaltı nahiyədə, sol qulağında, sifətində və kürək nahiyəsində qançır diaqnozları təyin olunub. Xəsarət alan azyaşlıya zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
Növbəti xəbər yüklənir…






