2 İyul 2026 / 19:40

Lənkəranda dörd təsərrüfat layihəyə cəlb olunub

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC tərəfindən həyata keçirilən “Şəhərdən-Kəndə” layihəsi çərçivəsində ümumilikdə 35-ə yaxın təsərrüfatda sahibkarlara dəstək göstərilib.

Tezadlar.az xəbər verir ki, bunu Aqrar Tədarük və Təchizat ASC-nin şöbə müdiri Nilufər Mustafaqızı deyib.

O, bildirib ki, bu təsərrüfatlardan dördü Lənkəranda yerləşir:

“Aqroturizmin inkişafı üçün hesablanan “Şəhərdən-kəndə” layihəsi həm də fermer təsərrüfatlarının gemişlənməsinə töhfə verməsi üçün başladılıb, onların gəlir mənbələrini daha da artırmaq, optimallaşdırmaq üçün hesablanıb”.

N.Mustafaqızı bildirib ki, dəstək göstərilən təsərrüfatlar sıfırdan başlayan deyil, artıq bir neçə müddət ərzində təsərrüfat yaradaraq onu idarə edən və bu təsərrüfatı aqroturizmə çevirməyi hədəfləyən fermerlər olmalıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!