Əsas məzmuna keç

Lombardlara gipsdən hazırlanmış saxta telefonlar verən ələ keçdi

Bu da baş verdi: Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə dələduzluq və saxta sənəd hazırlamaq ittihamı ilə bir nəfər saxlanılıb. Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəli şəxs Tbilisidəki lombardlardan birində saxta kodlu mobil telefonu girov qoymağa çalışarkən saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi götürülmüş qutunu açdıqda, içərisində real telefon əvəzinə gipsdən hazırlanmış, mobil telefona bənzər əşyanın olduğunu müəyyən ediblər. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs digər şəxslə birlikdə müxtəlif lombardlarda mobil telefonlara bənzəyən 6 saxta əşyanı girov qoyub.

Bununla da şirkətlərə əhəmiyyətli maliyyə zərəri vurulduğu bildirilir. Əməliyyat-istintaq tədbirləri nəticəsində bir nəfər saxlanılıb. Cinayətdə iştirak etdiyi bildirilən digər şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Sübut kimi dələduzluq yolu ilə əldə edilmiş pulun bir hissəsi, mobil telefon imitasiya modelləri və saxta zəmanət sənədləri götürülüb.

 Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci, 19-180-ci və 362-ci maddələri ilə istintaq aparılır. Sözügedən maddələr üzrə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…