Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Londonda keçirilən və bir neçə ölkənin nümayəndələrinin sülhə nail olma yollarını müzakirə etdiyi görüşlə bağlı bəyanat verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski görüşlə bağlı öz “Telegram” kanalında paylaşım edib. Sitat: “Çoxlu emosiyalar oldu. Amma yaxşıdır ki, beş ölkə sülhə yaxınlaşmaq üçün bir araya gəldi: Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya. Tərəflər öz baxışlarını bildirdilər və bir-birinin mövqelərinə hörmətlə yanaşdılar”. Zelenski ABŞ-ın öz baxış bucağını paylaşdığını, Ukrayna və digər Avropa ölkələrinin də öz hazırladıqları təklifləri təqdim etdiklərini deyib. “Ümid edirik ki, məhz bu cür birgə iş uzunmüddətli sülhə gətirib çıxaracaq. Tərəfdaşlarımıza təşəkkür edirik. Ukrayna həmişə öz Konstitusiyasına uyğun şəkildə hərəkət edəcək və biz tam əminik ki, tərəfdaşlarımız, xüsusən də ABŞ, öz güclü qərarlarına uyğun olaraq hərəkət edəcəklər”.
Amma o, həm də Rusiyanın mövqeyinə əsəbi münasibət bildirib: “Necə ola bilər ki, gündüz sülh danışıqları edib gecələr isə Ukraynanı raket hücumuna məruz qoyurlar?”.
A. Məmmədli