1 İyun 2023 / 09:06

LUKAŞENKO QƏRBİN BELARUSDA HAKİMİYYƏTİ DƏYİŞMƏK PLANLARINI AÇIQLAYIB

Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, Qərb respublikada hakimiyyət dəyişikliyi üçün güclü ssenari hazırlayır.

Tezadlar.az BELTA-ya istinadən xəbər verir ki, bunu o, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 52-ci iclasının iştirakçıları ilə görüşündə deyib.

“Belarusa gəlincə, qeyd edə bilərəm ki, Polşada, Litvada və təəssüf ki, Ukraynada qeyri-qanuni silahlı birləşmələrin üzvləri hazırlanır, bilavasitə ölkədə yatmış ekstremist hüceyrələrin yaradılmasına cəhdlər edilir. Son faktlar bunu sübut edir”, – Lukaşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, Minsk artıq Qərbin planlarını ortaya qoyub və hakimiyyətin devrilməsinə imkan vermək niyyətində deyil.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!