Luqanskda Ukraynaya məxsus sursat anbarları tapıb

Oxunma sayı: 270

Rusiya Milli Qvardiyasının əsgərləri tərəfindən Luqansk Xalq Respublikasında Ukrayna döyüşçülərinin keçmiş mövqelərində minalar, qumbaraatan, elektrik detonatorları və patronlar da daxil olmaqla iki sursat anbarı aşkar edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının Telegram kanalında məlumat yayılıb.

“Axtarış-kəşfiyyat tədbirləri zamanı Rusiya Milli Qvardiyasının OMON-un mühəndis-texniki bölməsinin istehkamçıları ehtiyatla kamuflyajlanmış anbarlar aşkar ediblər. Anbarın içərisində 450-dən çox müxtəlif çaplı patron, 5 müxtəlif növ qumbara, o cümlədən xarici istehsal olan qumbaralar, 8 piyada əleyhinə mina, bir RŞQ-2 qumbaraatan, 5 tank əleyhinə patron, həmçinin bir neçə elektrik detonatoru və qoruyucu şnurlar olub”, – məlumatda deyilir.

Anbarlar Luqanskdan bir neçə kilometr aralıda, əvvəllər Ukrayna silahlı qüvvələrinin mövqelərinin yerləşdiyi yerdə aşkar edilib. Sursat yerindəcə məhv edilib.

ELBAR

Xəbəri paylaş

18 Aprel