6 Avqust 2021 / 10:54

MƏHDUDİYYƏTLƏR MƏSƏLƏSİ YENİDƏN GÜNDƏM OLDU – İCLAS KEÇİRİLƏCƏK

“Həftənin ikinci günü hansı sərtləşdirici tədbirlərin görüləcəyini Koordinasiya Şurasında müzakirə edəcəyik”

 Gürcüstan KİV-nin məlumatına görə, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze jurnalistlərə müsahibəsində deyib. O, qeyd edib ki, qaydalar və məhdudiyyətlər halında heç bir sosial tədbirə icazə verilməyəcək. Nazir tibbi maskaların yenidən məcburi istifadəsi ilə bağlı müzakirələrin də aparılacağını bildirib.

Qeyd edək ki, Gürcüstanda mövcud olan epidemioloji vəziyyətlə əlaqədar İngiltərə də Gürcüstanı “Qırmızı zona” elan edib.  Birləşmiş Krallıq sözügedən qanunun 8 avqust saat 4:00-dan etibarən qüvvəyə minəcəyini açıqlayıb. Artıq fevral ayından etibarən Birləşmış Krallığın “Qırmızı zona” elan etdiyi ölkələrdən gələn şəxslər, 10 gün ərzində karantin rejimində qalmalı olurlar.

Bir müddət əvvəl isə  – iyulun 31-dən etibarən, İsrail vətəndaşlarına Gürcüstana səfər etməyi qadağan etmişdi və Gürcüstanı “Qırmızı Zona”ya daxil etmişdi.

Xatırladaq ki, son vaxtlar Gürcüstanda koronavirusa yoluxma halında ciddi artım müşahidə olunur. Bu gün –  avqustun 6-da ölkə üzrə 3780  yeni yoluxma qeydə alınıb, yoluxanlardan 30-u, ümumilikdə is 6016 nəfəri dünyasını dəyişib. İndiyədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 440353 nəfərə çatıb. Onlardan 395505 nəfəri sağalıb. 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!