Venesuela prezidenti Nikolas Maduro ölkədə fövqəladə iqtisadi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Maduro qeyd edib ki, bu addım ona iki ay ərzində milli iqtisadiyyatın qorunması və onun gələcək inkişafı üçün müxtəlif tədbirlər tətbiq etməyə imkan verəcək. Fərman təsdiq üçün Milli Məclisə təqdim olunacaq və dərc edildikdən sonra qüvvəyə minəcək və analoji müddətə uzadıla bilər.
ELBAR







