Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Maduronun müdafiə vəkili məhkəməyə müvəkkilinin girov müqabilində azadlığa buraxılması üçün ərizə vermək niyyətində olduğunu bildirib. Lakin Venesuela prezidentinin hüquq komandası hazırda bu tədbiri həyata keçirmir.
Tezadlar.az bildirir ki, bu barədə “Fox News” xəbər verir.
3 yanvar 2026-cı ildə ABŞ ordusu Venesuelaya qarşı “Mütləq Qətiyyət” əməliyyatına başlayıb. Əməliyyat paytaxt Karakas da daxil olmaqla, Venesuelanın müxtəlif hədəflərinə bir sıra genişmiqyaslı hava və ehtimal ki, raket hücumları ilə başlayıb. Daha sonra xüsusi təyinatlı qüvvələr vertolyotla eniş edərək Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını əsir götürüb ABŞ-a təxliyə ediblər.
5 yanvar 2026-cı ildə devrilmiş Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores narkoterrorizm işi üzrə ittihamlarla üzləşmək üçün Nyu-York məhkəməsinə gətiriliblər.
E.ŞİRİNOV