Arxangelsk vilayətində çətin hava şəraiti ilə əlaqədar kütləvi qəza baş verib: nəticədə Voloxnitsa kəndi ilə üzbəüz “M-8 Xolmogori” federal magistralının 1222-ci kilometrliyində nəqliyyatın hərəkəti müvəqqəti bağlanıb. Dəmir yolu və Krasnoflotski körpüləri boyunca Arxangelsk şəhəri vasitəsilə dolama yol təşkil edilir.
Tezadlar.az “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, qəzada yüzə yaxın avtomobil iştirak edib.
Rusiyanın Arxangelsk vilayəti üzrə Daxili İşlər Nazirliyinin məlumatına görə, yenilənmiş məlumatlara görə, 30-dan çox avtomobil mexaniki zədə alıb. Zərərçəkmiş iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, daha iki nəfərə birdəfəlik tibbi yardım göstərilib.
İdarədən onu da bildiriblər ki, hazırda hadisə yerində Dövlət Yol Müfəttişliyinin əməkdaşları işləyir.
ELBAR