Əsas məzmuna keç

MAKRON ABŞ-I RUSİYA İLƏ SÜLH DANIŞIQLARINA BAŞLAMAĞA ÇAĞIRIB

Ukrayna böhranını həll etmək üçün ABŞ-ın Rusiya ilə danışıqlar masası arxasına oturması və sülh yolu ilə nizamlanma prosesinə başlaması lazımdır.

“Le Point” qəzetinin yazdığına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron çağırış edib.

Siyasətçi Vaşinqtonun iştirakının zəruriliyi barədə deyib: “Bizə Ukraynada sülh prosesinin irəliləməsi üçün ABŞ-ın danışıqlar masası arxasına əyləşməsi lazımdır”.

Bundan əvvəl Makron Roma Papası Fransisklə görüşüb. Görüş zamanı ölkə lideri pontifikdən Rusiya prezidenti Vladimir Putin və patriarx Kirill, eləcə də ABŞ prezidenti Co Baydenə zəng etməyi xahiş edib. Bundan əlavə, siyasətçi Frensisi “Ukraynada sülhü təşviq etməyə” çağırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…