Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Fransa prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng vurmuşdur… Tezadlar.az xəbər verir ki, sonra isə Fransa prezidenti bununla bağlı “X” hesabında Azərbaycan dilində paylaşım edib. O, paylaşımında Fransa vətəndaşlarının təxliyəsini asanlaşdırmaq üçün ölkəmizin göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib. “Bölgə rəhbərləri ilə apardığım məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə söhbət etdim və ölkəsinə yönəlmiş İran zərbələrindən sonra ona dəstəyimizi və həmrəyliyimizi ifadə etdim. Bu fürsətdən istifadə edərək, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqumuzu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha vurğuladım”, – Makron əlavə edib.