Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Oktyabr 2025 / 23:53

Makron Lekornu yeni hökumət qurmağa tapşırdı

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Sebastyan Lekornuya oktyabrın 8-dək yeni hökumətin qurulması üçün danışıqlar aparmağı tapşırıb.

“Təzadlar” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Reuters” agentliyi isə öz növbəsində xəbər verib ki, Fransanın yeni Baş naziri və onun hökuməti bazar ertəsi Lekornunun kabinetini elan etməsindən bir neçə saat sonra istefa verib. Bu isə bu administrasiyanı ölkənin müasir tarixində ən qısamüddətli hökumət edib və siyasi böhranı daha da dərinləşdirib.

“Reuters” yazır ki, gözlənilməz istefa həm müttəfiqlərin, həm də rəqiblərin yeni hökuməti devirməklə hədələməsindən sonra baş verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!