Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrü şəhərinə səfər ediblər. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, iki ölkənin lideri 1988-ci ildə Gümrüdə baş verən zəlzələ qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar. Daha sonra onlar şəhəri gəzərək sakinlərlə söhbət ediblər. Sonra Paşinyan və Makron Gümrüdə keçirilən “Musiqi Körpüsü: Ermənistan–Fransa” adlı konsertdə iştirak ediblər. Qeyd edək ki, bu gün Fransa və Ermənistan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Zəruri qeyd: Gümrü şəhərində Rusiya hərbi bazası yerləşir. 2010-cu ildə imzalanmış protokola əsasən, Ermənistandakı Rusiya hərbi bazasının yerləşmə müddəti uzadılıb. Belə ki, 2020-ci ildə başa çatmalı olan ilkin 25 illik müddət 49 ilə qədər artırılıb. Nəticədə baza 2044-cü ilə qədər Gümrüdə qalacaq. Yenilənmiş müqaviləyə əsasən, Rusiya Ermənistan Silahlı Qüvvələri ilə birlikdə ölkənin hərbi təhlükəsizliyini təmin etməyi öhdəsinə götürüb. Rusiya həmçinin Ermənistana müasir silah və hərbi texnika ilə təminatda dəstək verməyə razılaşıb.
Amma son hadisələr göstərir ki, Rusiya bu hərbi bazasını Ermənistan ərazisindən çıxarmalı olacaq…
A.Məmmədli