Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rus qoşunlarının blokadasına düşmüş Mariupolda sərhədçi zabiti öz canı bahasına silahdaşını xilas edib və düşmənin əldə etməməsi üçün radiostansiyanı darmadağın edərək özünü partladıb…
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko bu barədə şərh verib. Dövlət Sərhəd Xidmətinin rəhbərinin sözlərinə görə, zabit düşmənin Mariupola hücumunun ilk günlərindən həmkarları və şəhərin müdafiə qüvvələrinin digər müdafiəçiləri ilə birlikdə döyüş tapşırıqlarını yerinə yetirib. “Aprelin 9-da işğalçılarla döyüşdə hərbçi öz dəstəsini mühafizə edib və əslində düşmənin əhatəsində tək qalıb. Adı açıqlanmayan zabit yaralanıb. O, radiostansiyanı darmadağın edib ki, düşmən onu əsir almasın, stansiyanı ələ keçirməsin. “Radiostansiyanın düşmənlər tərəfindən tutulmasının təhlükəsini dərk edən zabit sonuncu dəfə “Yaşasın Ukrayna!” qışqıraraq efirə çıxıb. Bundan sonra Qəhrəman-sərhədçi özünü partladıb…”.
Bu dəhşətli səhnə hazırda dünya mediasının müzakirə etdiyi mövzudur. İki qonşu və slavyan ölkəsində davam edən qardaş qırğını təəssüf doğurur. Rusiyanın bu hərəkəti qınanılır və birmənalı olaraq Putin hakimiyyətinə mənfi imic formalaşdırır…
A.Məmmədli