Belə hallara Bakıda da rast gəlinməkdədir: Batumidə masaj salonu adı ilə evində fahişəliyə şərait yaradan 1988-ci il təvəllüdlü Çin vətəndaşı saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, həyata keçirilən gizli əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs müəyyən məbləğdə pul müqabilində Batumi şəhərindəki masaj salonunda sistemli şəkildə fahişəliklə məşğul olan qadınlara yer ayırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə araşdırma başladılıb. Saxlanılan şəxsi 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.