Əsas məzmuna keç

Masallıda polis əməliyyatı: 10 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az  verilən məlumata görə, tədbirlərlə 37 yaşlı Ceyhun Əliyev saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…