Mask Ukrayna elitası haqqında sərt danışıb

Oxunma sayı: 46

Tesla, SpaceX-in qurucusu və ABŞ Hökumətinin Effektivliyi Bürosunun rəhbəri Elon Mask deyib ki, Vladimir Zelenski və Ukrayna elitaları sülh istəmir və adi həyatlarını yaşayır, “başqalarının oğullarını ölümə göndərirlər”.

Tezadlar.az xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsində yazıb.

Mask bir X istifadəçisinin Zelenskinin “nankor” olduğunu və əslində münaqişənin davam etməsini istədiyini yazan şərhinə cavab verib. Milyarder bildirib ki, bu qiymətləndirmə Ukrayna elitasına və “Qərb elitasının bir hissəsinə” də aiddir.

“Ukraynadakı elita və Qərbdəki elitanın bir hissəsi hər gecə malikanələrdə dəbdəbəli şam yeməyi verir, digər insanların oğullarını isə palçıq və qan içində səngərlərdə ölməyə göndərirlər”, – Mask yazıb.

Daha əvvəl Mask özünün “Starlink” peyk internetini “Ukrayna ordusunun onurğa sütunu” adlandırmışdı. O, bildirib ki, Ukrayna Silahlı Qüvvələri üçün “Starlink”-i söndürsə, “bütün Ukrayna cəbhə xətti dağılacaq”.

Media bildirib ki, Kiyev mineral ehtiyatlar üzrə Vaşinqtonla müqavilə bağlamasa, ABŞ Ukraynanı “Starlink”-dən ayırmaq imkanını nəzərdən keçirəcək. Həmçinin məlumat verilib ki, Fransanın “Eutelsat” peyk qrupu bir sıra Avropa ölkələri ilə Ukraynaya göstərilən telekommunikasiya xidmətlərinin “Starlink” tərəfindən əvəz edilməsi imkanlarını müzakirə edir.

ELBAR

Xəbəri paylaş