Əsas məzmuna keç

Mədəniyyət Nazirliyinin müsabiqəsində 20 nəfər uğur qazanıb – 42 namizəddən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçirilmiş müsabiqənin yekun nəticələri elan edilib.
TEZADLAR.AZ  xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Müsabiqənin test mərhələsində keçid balını toplamış namizədlərdən 42 nəfəri müsahibə mərhələsində iştirak etmiş, onlardan 20-si müxtəlif vəzifələr üzrə uğur qazanmışdır.
Namizədlər “MyCulture” vahid şəxsi kabineti vasitəsilə müsabiqə nəticələri ilə tanış ola bilərlər.
Müsabiqə şərtlərinə əsasən, uğur qazanmış namizədlər 5 (beş) iş günü ərzində “MyCulture” vasitəsilə vakansiya seçimi edə bilərlər.
Qeyd edək ki, uğur qazanmış namizədlər ən azı 5, ən çoxu isə 20 vakansiya seçmək hüququna malikdirlər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…