Media subyektləri daha 3 il vergi güzəştindən bəhrələnəcək

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Tezadlar.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Hansı ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.

Xəbəri paylaş