Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Amerika sualtı qayıqlarının yerləşdirilməsi ilə bağlı açıqlamasına “qaranlıq otaqda qara pişik”in olmaması ilə bağlı aforizmlə cavab verib.
Tezadlar.az xəbər verir ki, Medvedev özünün Max messenger kanalında yazdığı postda klassik sovet detektiv hekayəsinə istinad edərək yazıb: “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də o yoxdursa”.
O, bu ifadəni Trampın Rusiya sahillərinə nüvə sualtı qayıqları göndərdiyi və onların “çox yaxşı gizlədildiyi” bəyanatına cavab olaraq istifadə edib.
E.ŞİRİNOV