Əsas məzmuna keç

Məhəmməd Salah Afrika Millətlər Kuboku üçün Misirə çağırıldı

“Liverpul”un hücumçusu Məhəmməd Salah 21 dekabr – 18 yanvar tarixlərində keçiriləcək Afrika Millətlər Kuboku üçün Misir millisinə çağırılıb.

Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, dekabrın 14-də Misir Nigeriya ilə yoldaşlıq oyunu keçirəcək və üç gün sonra turnirdə iştirak etmək üçün Mərakeşə səfər edəcək.

Əgər Salah Misir millisinə qoşularsa və komanda Afrika Kubokunun finalına çıxarsa, o, ingilis klubunun səkkiz oyununu buraxa bilər: “İnter” (9 dekabr), “Brayton” (13 dekabr), “Tottenhem” (20 dekabr), “Vulverhempton” (27 dekabr), “Lids” (1 yanvar), “Fulhem” (4 yanvar), “Arsenal” (8 yanvar) və “Bernli” (17 yanvar).

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…