Əsas məzmuna keç

Məhkəmə Elşad Abdullayev və digərlərinin barəsində qiyabi həbs qətimkan tədbiri seçdi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.  Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən məlumata görə, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.
Xatırladırıq ki, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…