Məhkəmə Samara şəhərinin keçmiş meri Viktor Tarxovun nəvəsi Yekaterina Belskayanı qohumlarının qətli ilə bağlı iş üzrə həbsdə saxlayıb.
Tezadlar.az bu barədə REN TV-yə istinadən xəbər verir.
“Həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, apellyasiya şikayəti təmin edilməyib”, – hakim qərarı elan edib.
Əvvəllər bildirilib ki, məhkəmə-tibb ekspertləri Tarxovun mənzilində qan izləri və qan damarlarının hissəciklərini aşkar ediblər.
Xatırladaq ki, Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Natalya 2024-cü ilin dekabr ayının sonunda əlaqəni kəsiblər. Yanvarın 31-də Tarxovun dostu itkin düşmüş şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına ərizə verib.
Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər hadisənin müxtəlif versiyalarını və motivlərini yoxlayır, həmçinin bütün halları müəyyənləşdirirlər. Cinayət işi İstintaq Komitəsinin və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə aparılır.
Fevralın 5-də məlum olub ki, Tarxovlar ailəsinin nəvəsi Yekaterina Belskaya onların qətlində şübhəli bilinərək saxlanılıb.
Qətli törətməkdə şübhəli bilinən Samara şəhərinin keçmiş merinin nəvəsinin yaşadığı binanın girişindəki kameralar onun plastik qabları çıxardığını qeyd edib. Fevralın 7-də Preobrajenka poliqonunda cəsədlərin axtarışına başlanılıb.
ELBAR