Məhkəmə onun həbsi ilə bağlı qərarın elanını təxirə salıb

Moldova məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun həbsi ilə bağlı qərarın elanını təxirə salıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qərar çərşənbə axşamı, aprelin 1-i, Bakı vaxtı ilə saat 15:00-da elan ediləcək.

Kişinyov məhkəməsi Qutsulu martın 28-də 20 sutka müddətinə həbs edib. Həbs 2023-cü il seçki kampaniyası zamanı qanunsuz maliyyələşdirmə və saxtakarlıq işi ilə bağlıdır.

Prokurorluq Qutsulun həbsi ilə bağlı növbəti vəsatət qaldıraraq, həbs-qətimkan tədbirinin iyirmi gün deyil, otuz gün müddətinə seçilməsini tələb edib. Məhkəmə bu vəsatətə martın 31-də baxıb. Məhkəmə bildirib ki, rəyin müzakirəsi və elan edilməsi bir gün təxirə salınıb. Qutsulun müdafiəsi də həbs qərarından apellyasiya şikayəti verib.

Bundan əvvəl Qutsul Moldova hakimiyyətinin ona qarşı iş uydurduğunu bəyan edib. 2024-cü ilin martında ölkə prezidenti Maia Sandu Qaqauziya başçısının hökumətə daxil edilməsi ilə bağlı sənədi imzalamaqdan imtina edərək, Qutsulun parlamentdə “işi olmadığını” söyləyib.

Sandu Qutsulu “cinayətkar qruplaşmada işləmək”də ittiham edib. Moldova prezidenti Qaqauziyada keçirilən seçkilərdə Qutsulu dəstəkləyən “Şor” partiyasına istinad edib. 2023-cü ilin yayında Moldova Konstitusiya Məhkəməsi partiyanı konstitusiyaya zidd elan edib. “Şor” təmsilçiləri partiyaya qarşı bütün ittihamları siyasi motivli adlandırıblar.

Qutsul Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampa Kişinyova təzyiq göstərmək istəyi ilə müraciət edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova rəhbərliyinin Rusiya ilə münasibətlərin inkişafının tərəfdarı olan siyasi rəqiblərini qorxutmaq yolunu tutduğunu bildirib.

ELBAR

Xəbəri paylaş

15 İyul