Əsas məzmuna keç

Məhkəmə Qaxın rüşvəthəvəsli başçısı barədə həbs qətimkan tədbiri seçdi

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib. Tezadlar.az xəbər verir ki, bu barədə qərar Səbail rayon Məhkəməsində keçirilən prosesdə verilib. Sabiq icra başçısı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Musa Şəkiliyev ötən gün DTX-nin əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Bu gün isə Prezident İlham Əliyevin sərəncamına əsasən o, Qax rayon icra başçısı vəzifəsindən azad edilib.

Aldığımız məlumata görə, yaxın zaman içində başçının rüşvət əməllərini əks etdirən videokadrlar nümayiş etdiriləcək…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…