Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qırğızıstanda jurnalist Bayan Jumaqulovanın apellyasiya şikayəti təmin edilib.

Bişkek Şəhər Məhkəməsi irqi, etnik, milli, dini və ya regionlararası nifrət təhrik etməkdə ittiham olunan veteran jurnalist Bayan Jumaqulovaya bəraət qazandırıb.
Qırğızıstan KİV-nin məlumatına görə, jurnalistin özü bu barədə açıqlama verib.
Onun sözlərinə görə, 4 iyunda məhkəmə heyəti apellyasiya şikayətinə baxıb və Sverdlovsk Rayon Məhkəməsinin qərarını tamamilə ləğv edib.
“Bişkek Şəhər Məhkəməsi Sverdlovsk Rayon Məhkəməsinin məni 100.000 som cərimə etmək qərarını tamamilə ləğv edib və məni bəraət qazandırıb”, – deyə jurnalist bildirib.
Daha əvvəl Sverdlovsk Rayon Məhkəməsi jurnalisti günahkar bilib və ona dövlətə 100.000 som (təxminən 1907.45 AZN) ödəməyi tapşırıb.
Bu qərarla razılaşmayan jurnalist apellyasiya məhkəməsinə müraciət edib.
Xatırladaq ki, Bayan Jumaqulovaya qarşı 2024-cü ildə “İrqi, etnik, milli, dini və ya regionlararası nifrət (nifaq) təhrik etmək” maddəsi ilə cinayət işi açılıb.
İstintaq zamanı ona ölkədən çıxmamaq barədə yazılı iltizam şəklində qətimkan tədbiri seçilib.
Bayan Jumaqulova 67 yaşındadır, II qrup əlildir. O, təqaüdə çıxmazdan əvvəl Azadlıq Radiosunun Qırğız xidmətində çalışıb.
JASMİN