…Dərd bizi üzür, hər şey yaddan çıxıb, hətta Putinin Ukrayna müharibəsi də… Amma və lakin. Fb istifadəçilərdən biri, hətta intihar həddinə çatlb. Buyurun, dərdinə şərik olun: “Dostlar, “Məhsəti” filmini harda göstərirlər, mən də baxmaq istəyirəm. Artıq hamı baxıb, məndən başqa.
Neçə gündür mətbuatda, televiziyada, radioda, sosial şəbəkələrdə, çayxanalarda, avtobus dayanacaqlarında, metroda, marketdə kassa qarşısında növbələrdə, bulvarda, toylarda, yas mərasimlərində, bir sözlə, hara gedirəmsə hamı bu filmdən danışır. Açığı özümü çox geridə qalmış hiss etməyə başlamışam və evdən bayıra çıxmağa utanıram. Çünki, kimi görürsən, kimə salam verirsən soruşur ki, filmə baxmısan? Və ardınca başlayır süjeti danışmağa.
Bir neçə tanışım var, kinoları kassetə, dvd-yə köçürüb satışı ilə məşğuldurdurlar. Onlara zəng edib soruşdum, hamısı bir nəfər kimi başladılar yalvarmağa ki, müəllim o filmin diskini tapsaz xəbər edin, neçəyə olsa sizdən alarıq. Hətta biri dedi ki, evimi satışa qoymuşam ki, o filmin diskini alım. Bir gündə millionçu olacağam…
Ona görə də çarəsiz qalıb burdan sizə müraciət edirəm. Əziz dostlar, mümkünsə mənə də deyin, “Məhsəti” filminə harda baxa bilərəm? İnanın, utandığımdan insanların arasına çıxa bilmirəm, vicdan əzabı çəkirəm. Xahiş edirəm, mənə bu işdə yardım edin.
Hörmətlə, Kinobaz”.
Di, bu filmə kim baxıbsa, baxmayanlara təcili xəbər versin…
Tezadlar.az