Məktəbdə şagirdin terror hücumuna hazırlığının qarşısı alınıb

Oxunma sayı: 885

FTX-nin Donetsk Xalq Respublikası üzrə əməkdaşları Donetskdə Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş “Kolumbin” terror hərəkatının təsiri altında təhsil aldığı məktəbdə terror aktı törətməyə hazırlaşan şafirdin şəxsiyyətini müəyyən ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə regional FTX-nin mətbuat xidməti məlumat yayıb.

“Müəyyən edilib ki, şagird “Kolumbin” hərəkatının tərəfdarı olub və məktəb binasında iki əldəqayırma partlayıcı qurğu hazırlayıb və işə salmaq niyyətində olub. Yeniyetmənin mobil cihazlarında əldəqayırma partlayıcı qurğunun hazırlanmasına dair təlimatlar, habelə zorakılıq, ekstremist və terror məzmunlu materiallar aşkar edilib”, – məlumatda deyilir.

Məktəblinin valideynləri Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 5.35-ci maddəsi (valideynlərin yetkinlik yaşına çatmayanları saxlamaq və böyütmək üzrə öhdəliklərini yerinə yetirməməsi) ilə inzibati məsuliyyətə cəlb ediliblər. Əməliyyat tədbirləri davam edir.

ELBAR

Xəbəri paylaş

24 May