Əsas məzmuna keç

Məktəblilərin Zəfər Günü turnirində “Naxçıvan” komandası qalib olub

Naxçıvanda məktəblilərdən ibarət basketbol komandaları arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş muxtar respublika turniri keçirilib.

Tezadlar.az-ın yerli bürosu xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 4 komanda dairəvi sistem üzrə mübarizə aparıb.

Nəticələrə əsasən “Naxçıvan” komandası turnirin qalibi olub. “Culfa” ikinci, “Ordubad” isə üçüncü nəticə göstərib.

İlk üç yerin sahibi olan komandaların üzvləri diplom, medal və kubokla mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…