Melaniya Tramp: “Putin məktubuma cavab verdi

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna münaqişəsi zamanı ailələrindən ayrı düşmüş uşaqların rifahını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb.

“Təzadlar” xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Putinlə bu uşaqların rifahını müzakirə etmək üçün açıq ünsiyyət kanalımız var”, – o deyib.

Melaniya Trampın sözlərinə görə, Putin onun bu məsələni qaldıran məktubuna cavab verib, onunla birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirib.

Xəbəri paylaş

Xəbər lenti