17 May 2026 / 12:56

Mən bu gün magistratura imtahanına niyə çata bilmədim?- DİM- İN MƏSULİYYƏTSİZLİYİ, YOXSA…

…Gəlin sizə Dövlət İmtahan Mərkəzinin məsuliyyətsizliyindən danışım. Bu gün magistr imtahanı verməli idim. Yaşayış yerimi Xətai rayonu, Kazımağa Kərimov küçəsi göstərsəm də, DİM məni ən uzaq məktəblərin birinə salıb, Binəqədi rayonu, 102 nömrəli tam orta məktəb, yəni yaşayış yerimdən 13 kilometr uzaqda, halbuki daha yaxın məktəblər var ki, orada imtahan təşkil olunur.
Bu gün səhər saatlarından intensiv yağış yağır. 10:00-da başlayan imtahan üçün 07:30-da taksi vurmuşam, nəticədə 2 saat yarım edir. Mən adətən 2 saata buradan rayona çatıram. Əvvəlcə koroğlu metro stansiyası tərəfə gəldik, məlum olduğu kimi ölkədə beynəlxalq tədbir keçirilir deyə, bu yol bağlı idi, Babək prospekti ilə qayıtdıq, digər prospekt və yollarda tıxac görünürdü. Babək prospektini də su basmışdı.
Burada da uzun-uzadı tıxac var idi. Üstəlik avtomobilin mühərrikinə su dolduğu üçün sönə-sönə hərəkət edirdi. 2 saatdan çox tıxacda qalmışam, nəticədə imtahana çata bilmədim.
DİM-in məsuliyyətsizliyini, yəni yaxın məktəblərə yazmaq yerinə 13 kilometr kənarda olan məktəbə atmaqlarını qoyuram kənara, bu ekstremal şəraitdə imtahan vaxtını uzada bilərdilər.
Həm intensiv yağış yağır, bu səbəbdən yollarda uzun-uzadı tıxac yaranıb, həm də Bakıda beynəlxalq tədbir keçirilir, bəzi yollarda məhdudiyyət var.

DİM, siz başqa qurumlarla koordinasiyalı niyə işləmirsiz? Bütün imtahanlarınız pulludur. Bunun qarşılığını niyə vermirsiz?

Nəcməddin Quluzadə
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!