Merilin Monro haqqında çox danışılıb və çox yazılıb. Haqqında filmlər belə çəkilən bu aktrisanın çox keçməkeşli, faciə dolu həyatı olub. Doğulduğu gündən ölüm gününədək ayaqda qalmağa çalışan Monronun haqqındakı ilginc məlumatları oxucularımıza təqdim edirik.
Sarışın qızın həyat tarixçəsi
Sarışın bomba adlanan Merlin Monro – əsl adı Norma Cin Mortenson 1 iyun 1926-cı ildə ABŞ-ın Los-Anceles ştatında dünyaya göz açmışdır. Norma Cin Mortensonun (Merilin Monro) atasının Çarlz Stenli Gifford olduğu, bəzi mənbələrdə isə anasının ikinci əri Martin Eduard Mortensonun olduğu iddia edilir. Anası Qladis Perl Bakerin şizofreniya xəstəsi olduğu üçün xəstəxanaya yerləşdirilir və Monro ondan sonra uşaq evində yaşamağa məcbur olur. Beləliklə onun həyatının çətin və məşəqqətli günləri başlayır. Məqamında bildirim ki, Norma Cin Mortensonun (Merilin Monro) dayısı, əmisi, babası və nənəsi də depressiyadan əziyyət çəkmişlər.
Anası Qladis xəstəxanadan çıxdıqdan sonra Monro anası ilə yaşamağa başlayır. Bir müddət sonra anasının halı pisləşdiyi üçün yenidən xəstəxanaya yerləşdirilir və Monro anasının rəfiqəsi Qreys Makkinin yanında qalmağa başlayır. Lakin 1935-ci ildə Qreys ailə həyatı qurduğu üçün Merilin Los-Ancelesdə yenidən uşaq evinə yerləşdirilir. İki il sonra Qreysin övladı olmadığından Monronu uşaq evindən geri qaytarır. Bu qayıdış Merilinin həyatını alt-üst edir. Belə ki, Qreysin əri 9 yaşlı Monroya təcavüz edir. Bu dəfə o, xalasının yanına göndərilir. Orada da Monro xalası oğlanlarının təcavüzünə məruz qalır.
Qapılarda böyüyən Norma Cin Mortenson (Merilin Monro) 16 yaşında ikən özündən 5 yaş böyük qonşuları olan Cim Duqerti ilə ailə qurur. Lakin o, 4 il sonra səhv addım atdığının fərqinə varır və bu evliliyi bitirir. Bundan sonra onun film karyerası başlayır. Beləliklə, Norma Cin Mortenson Merilin Monroya çevrilir…
Karyera hekayəsi
Norma Cin Mortensonun karyerası “The Blue Book” mankenlik agentliyində işə düzəlməklə başlayır. Bundan əlavə o, aktrisalıq və musiqi kurslarına yazılır. Norma qısa bir müddətdə “The Blue Book” mankenlik agentliyində ən uğurlu modellərdən birinə çevrilir. Bu da təbi iki, “20 th Century Fox”un sahibi Ben Lyonun diqqətini çəkməsinə səbəb olur. Ben Lyon onun üçün sınaq çəkilişləri hazırlayır və aktrisa ilə 6 aylıq müqavilə bağlayır. Lyonun məsləhəti ilə Norma Cin Mortenson adını Merilin Monro ilə əvəzləyir. Merilin Monro “Scudda Hoo! Scudda Hay!” və “Dangerous Years” adlı iki filmdə rol alır. Ancaq bu iki film onun üçün uğursuz olur. Şirkət aktrisa ilə yenidən müqavilə bağlamadığı üçün o, bir müddət işsiz qalır.
Merilin Monro “Ladies of the Chorus” adlı filmdə ilk dəfə mahnı oxuyur və rəqs edir. Daha sonra isə “The Asphalt Jungle” ve “All About Eve” filmlərində iki rol alır. Bu filmlərdə qısa, amma diqqət çəkən rolları ilə tənqidçilərin diqqətini çəkir.
Sonra iki il boyunca “We’re Not Married!”, “Love Nest”, “Let’s Make It Legal” ve “As Young as You Feel” kimi filmlərdə əhəmiyyətsiz rollar alır. Daha sonra aktrisa Fritz Langın “Clash of Night” adlı filmində uğur qazanacağı rol alır. Daha sonra o, yenidən “Monkey Business”u filmində rol alır. Bu iki filmin uğuru tənqidçilərin Merilin Monro haqqında fikirlərini tamamilə dəyişir. Monronun çəkilişlərdə iştirakı onun çətin aktrisa olması təsirini bağışlayır. Onun çəkilişlərə gec gəlməsi, yaxud heç gəlməməsi, filmdə səsləndirəcəyi sözləri unutması, onu rejissorların gözündən salırdı.
Monro spirtli içkiləri dərmanlarla birlikdə istifadə etdiyi üçün səhhətindəki problemlər daha da artır. 1952-ci ildə Merilin Monro “Don’t Bother to Knock” adlı filmdə baş rolda çəkilir. O, bu filmdə psixoloji problemləri olan dayə rolunu canlandırır. Az büdcə ilə çəkilən filmdən sonra tənqidçilər Merilinin daha böyük rollarda çəkilə biləcəyinə inanır.
Merilin Monro, nəhayət 1953-cü ildə “Niagara” filmi ilə məşhur ola bilir. O, bu filmdə ərini öldürmək istəyən qadın rolunu canlandırır. Bu dövrdə Monronun çılpaq şəkilləri yayılır. O, bunu pulsuz və ac qaldığı üçün etdiyini bildirir. Bununla da karyerasını bitirə biləcək məsələdən xilas olur. Bu şəkillər daha sonra “Playboy” jurnalının ilk nömrəsində tirajlanır.
Daha sonra Merilin Monro uzan zamandır sevgili olduğu beyzbol ulduzu Co Dimaggio ilə evlənir. Ancaq doqquz ildən sonra cütlük boşanır. Merlin 1955-ci ildə “The Seven Year İtch” adlı filmi tamamladıqdan sonra Nyu-York “Actor s Studio” adlı aktrisalıq kursuna oxumağa gedir. O , oxuduğu müddətdə yazıçı Artur Millerlə tanış olur və onunla ailə həyatı qurur. Nyu-Yorkda dostu fotoqraf Milton H.Qrin ilə “Merilin Monro” prodakşn şirkətini qurur. Merilin Monro 1955-ci ildə “Bus-Stop” adlı filmdə restoran müğənnisi rolunu canlandırır və tənqidçilərdən böyük tərif alır. Bu filmdən sonra əri Artur Millerlə Londona gedərək Laurens Oliverlə birlikdə “The Prince and the Showgirls” filminə çəkilir. Bu film tənqidçilər tərəfindən tənqid edilməsinə baxmayaraq, Avropada böyük uğur qazanır və “Oscar” mükafatına bərabər olan “İtalyan Daviddi Donatello”, “Fransız Crystal Star” mükafatlarına layiq görülür. Eyni zamanda o, “İngilis Bafta” mükafatına namizəd olur. Filmin tamamlanmasından sonra Londondan qayıdan sənətçi hamilə olduğunu bilir, ancaq nikahdan kənar olduğu üçün onu dünyaya gətirməkdən imtina edir.
Qeyd edək ki, Merilinin 1959-cu ildə Billi Uilderin rejissoru olduğu “Some Like It Hot” filmi karyerasının ən uğurlu və populyar filmi olur. Belə ki, Monro bu filmdəki aktrisalığı ilə “Altın Kürə” mükafatını qazanır. Ancaq filmin və Monronun uğuru pərdə arxasında yaşanan hadisələrə görə, uzun müddət davam etmir. Xüsusilə Monronun çəkilişlərə tez-tez gecikməsi, ümumiyyətlə çəkilişlərə gəlməməsi rejissorla aralarında böyük problemlərə səbəb olur. Monro daha sonra “”Let’s Make Love” filmində rol alır. Bu film uğursuz olsa da, Monronun filmdə ifa etdiyi mahnı o dövrün hitinə çevrilir. O, filmdə çəkilən Yves Montand ilə qısa müddətlik eşq yaşayır.
Merilin daha sonra “The Misfits” filmində uşaqlıq idealı Klark Qable ilə birlikdə baş rolda oynayır. Film boyunca Monronun psixoloji və fiziki problemləri, spirtli içki və narkotik dərman asılılığı, iki dəfə yorğunluq və əsəb pozuntusu ilə xəstəxanaya düşməsi, çəkilişlərə tez-tez gecikməsinə baxmayaraq, onun və digər aktyorların səyi nəticəsində film tamaşaçıların diqqətini çəkir. Ancaq filmdən böyük uğurlar gözlənilsə də tənqidlərə məruz qalır. Bu filmdən sonra Monro əri Artur Millerdən boşanır. Boşanandan sonra depressiyaya düşən aktrisa xəstəxanaya yerləşdirilir. 1962-ci ildə “Something’s Got to Give” adlı komediyada oynamağa qərar verir. Bu film onun, eyni zamanda ilk çılpaq səhnəsi olmalı idi. Lakin Merilinin xəstə olduğunu bildirərək filmin çəkilişlərinə gəlməməsi, yenidən eşq söhbətlərinin ortaya çıxması, Kennedinin doğum günündə mahnı oxuması “Fox” şirkəti tərəfindən filmdən qovularaq müqaviləsinin ləğv edilməsi ilə nəticələnir. Hətta ona qarşı təzminat davası açılır. “Fox” şirkətinin isə filmi tamamlamaq üçün aktrisa Li Remiklə müqavilə bağlamasına baxmayaraq, Monronun filmdəki həmkarı Din Martin başqa aktrisa ilə işləmək istəmədiyini bildirir və Monro yenidən işə götürülür.
Aktrisadan qalan sözlər
Ağıllı qız öpüşər, amma vurulmaz, qulaq asar, amma inanmaz və tərk edilməmişdən əvvəl tərk edər.
Aktrisa olmaq arzusunda olmaq, aktrisa olmaqdan daha həyəcanlıdır.
Balaca qız ikən heç kim mənə gözəl olduğumu söyləməmişdi. Bütün kiçik qızlara gözəl olduqlarını söyləmək lazımdır, hətta olmasalar da.
Bədən baxılmaq üçündür, örtülmək üçün yox.
Bəzən yaxşı şeylər dağılır ki, daha yaxşı şeylər bir araya gələ bilsin.
Bilmirəm dikdaban ayaqqabıları kim kəşf edib, amma biz qadınlar ömrü boyu ona borclu olacağıq!
Bir qadına uyğun ayaqqabı versəniz, dünyanı belə fəth edə bilər.
Bir qızı güldürə bilsən, ona hər şeyi edə bilərsən.
Bir qızın ona ehtiyacı olmayan heç kimə ehtiyacı yoxdur.
Biri ilə bədbəxt olmaqdansa, tək qalmaq daha yaxşıdır.
Biz hamımız ulduzuq, parıldamağa layiqik.
Bütün balaca qızlara gözəl olduqlarını deyin, gözəl olmasalar belə.
Bütün kişilər eynidir: əvvəlcə səndən istifadə edirlər, sonra köhnə corablar kimi səni atırlar…
Bütün kişilər eynidir. Onların fərqli üzləri var ki, qadınlar onları ayırd edə bilsinlər.
Bütün qaydalara əməl etsəydim, heç yerə çatmazdım.
Bütün qızlar istəyir ki, bir oğlan gəlsin və digərləri kimi olmadığına bizi inandırsın.
Çox vaxt düşünürdüm ki, sevilmək arzulanmaq deməkdir. İndi düşünürəm ki, sevilmək başqasını torpağa atmaq, onun üzərində tam hakimiyyətə sahib olmaq deməkdir.
Evlənməmişdən qabaq qadın kişini əlində saxlamaq üçün sevişməlidir, evlənəndən sonra isə sevişmək üçün əlində saxlamağı bacarmalıdır.
Əgər iki üzlü olacaqsansa, heç olmasa onlardan birini gözəl et.
Ər həmişə ad gününü unudan və yaşını söyləmək fürsətini heç vaxt qaçırmayan insandır.
Əsl sevgili, alnından öpməklə, gözlərinin içinə gülümsəməklə və ya sadəcə kosmosa baxmaqla səni həyəcanlandıra bilən adamdır.
Ətir sevməyən qadın yoxdur, qoxusunu tapmayan qadın var…
Gecikmək həqiqətən gözlənildiyinizə əmin olmaq və nə qədər əvəzolunmaz olduğunuzu başa düşmək üçün bir yoldur.
Güclü kişi qadına qarşı dominant olmaq məcburiyyətində deyil. O, zəif bir qadına qarşı gücünü ona olan sevgi ilə uyğunlaşdırmır. Onu dünyaya qarşı qoyur.
Gülümsəməyə davam edin, çünki həyat gözəl bir şeydir və gülümsəmək üçün çox şey var.
Gülüş bir qızın edə biləcəyi ən yaxşı makiyajdır.
Haqqınızda heç nə bilmədən sizə necə heyran olurlarsa, eyni şəkildə sizdən nifrət edə bilərlər.
Həqiqət budur ki, mən heç vaxt heç kimi aldatmamışam. Mən kişilərin bəzən özlərini aldatmasına icazə vermişəm.
Həmişə gülümsəməyi və həyatda əldə etdiklərinə baxmağı unutma.
Hər şeydən əvvəl mənə insan kimi münasibət göstərilməsini istəyirəm.
Həyatın əsl üzü xəyallarınızdan fərqlidir. Uzun müddətdən bəri ilk dəfə tək-tənha bədbəxt olmaq, kiminləsə bədbəxt olmaqdan daha yaxşı görünür gözümə.
Hollivud elə bir yerdir ki, bir öpüş üçün sizə 1000 dollar, ruhunuzu almaq üçün 50 sent verərlər. Bunu çox yaxşı bilirəm, çünki ilk təklifdən imtina edib dəfələrlə 50 sentə razılaşmışam.
Xoşbəxtlik pulda deyil, alış-verişdədir.
İkiüzlü olacaqsansa, heç olmasa üzlərindən birini qəşəng saxla.
İndiyə qədər kimsə ilə bədbəxt olmaqdansa, tək bədbəxt olmaq daha yaxşıdır.
İnsanlar elə bilirlər ki, çox gözəl həyatım var. Amma mən dünyanın ən çox təhlükə altında olan adamı – Amerika prezidentini (Con Kennedi) sevən qadınam. Nələr çəkdiyimi heç kim bilə bilməz.
İtlər heç vaxt məni dişləməyib, heyf ki eyni sözü insanlar üçün deyə bilmirəm.
Karyera qurmaq möhtəşəmdir! Amma soyuq gecələrdə karyeranı qucaqlayıb yatmaq olmur.
Kim deyirki, gecələr yatmaq üçündür?
Qadın özü üçün nəyin daha yaxşı olduğunu intuisiya və ya instinktlə bilir.
Qadını güldürə bildirsən, ona hər şeyi etdirə bilərsən.
Makiyajın altında və təbəssümün arxasında mən sadəcə dünya arzulayan bir qızam.
Mən bu dünyada qadın ola bildiyim müddətcə kişilərin idarə etdiyi bir dünyada yaşamağa razıyam.
Mən eqoist, səbrsiz və bir az etibarsızam. Səhv edirəm, nəzarətdən çıxıram və bəzən idarə etmək çətindir. Amma ən pis halımda mənim öhdəsindən gələ bilmirsənsə, deməli, mənim ən yaxşı halımda mənə layiq deyilsən.
Mən insanları zəif olduğum üçün bağışlamıram, insanların səhv etdiyini bildiyim üçün onları bağışlayıram.
Mən isə əsl sarışınam. Amma təbiətcə sadəcə sarışın olmursan.
Mən kişilər üçün geyinirəm. Qadınlar sizin geyiminizə tənqidi baxır. Kişilər onu qiymətləndirir.
Mən qadınlar üçün geyinirəm, kişilər üçün isə soyunuram.
Mən uğur qazanmaq üçün yaşayıram, nə səni, nə də başqalarını sevindirmək üçün yox.
Mən yaxşıyam, amma mələk deyiləm. Mən günah edirəm, amma şeytan deyiləm. Mən böyük bir dünyada sevəcək birini tapmağa çalışan kiçik bir qızam.
Məncə, hər şeyin səbəbi var. İnsanlar dəyişir ki, sən onları tərk etməyi öyrənəsən, hər şey pisləşir ki, sən işlər yolunda olanda onları qiymətləndirəsən, yalanlara inanırsan ki, özündən başqa heç kimə inanmamağı öyrənəsən.
Məncə, insanlarda iki fərqli şey var… onlar həm tək qalmaq istəyirlər, həm də birlikdə olmaq istəyirlər.
Mənim başıma gələn ən yaxşı şeylərdən biri qadın olmağımdır. Bütün qadınlar belə hiss etməlidirlər.
Mənim devizim narahat olmaq deyil. Narahat etdirməkdir!.
Mənim üçün ən gözəl şey yuxudur, o zaman heç olmasa yuxu görə bilərəm.
Müvəffəqiyyət kürü kimidir: ləzzətlidir, amma çox yeyirsinizsə, xəstələnə bilərsiniz.
Oğlanlar qızları kitab kimi zənn edərlər. Əgər üz qabığı gözlərinə dəyməzsə, içindəkiləri oxumağa zəhmət çəkməzlər.
Uğur çoxlarında sənə qarşı nifrət yaradır. İstəyərdim ki, belə olmasın. Ətrafında paxıl gözlərlə sənə baxanlar olmadan uğurun dadını çıxarmaq necə gözəl olardı.
Uğur kürü kimidir: dadlıdır, amma çox yeyirsinizsə, qusmaq olar.
Uşaqlara, xüsusən də qızlara həmişə onların gözəl olduğunu və hamının onları sevdiyini söyləmək lazımdır. Qızım olsa, həmişə ona gözəl olduğunu söyləyəcəyəm, saçlarını darayacağam və bir dəqiqə belə tək qoymayacağam.
Yorulduqda dayanmıram. Yalnız işim bitəndə dayanıram.
Naməlum ölümü
Aktrisa 1962-ci ildə Los-Ancelesdəki evində ölü tapılır. Aktrisanın ölüm səbəbləri haqqında müxtəlif versiyalar ortaya çıxır. Onun yüksək dozada həb ataraq intihar etdiyi bildirilir, amma meyiti müayinə edilərkən götürülən nümunələr itir və şahidlərinin verdiyi qarışıq ifadələr onun cinayət əsasında öldürüldüyü ehtimalını yaradır. Bir çoxları Monronun ölümündə Kennedini günahlandırırdı. Məqamında bildirim ki, Kennedi Merilinin Monronun sevgililərindən biri idi və Monronu çox qısqanırdı. Bu qısqanclıq səbəbindən Merilin ilə tez-tez aralarında mübahisələri baş veriridi. Həta onu film çıkilişlərinə getməyə qoymurdu. Merilin bir yerə getdikdə isə onu təqib etdirirdi. Təbii ki, bütün bunlar Monronun heç də xoşuna gəlmirdi. Nəticədə Monro daha çox siqaret və spirtli içkidən çox istifadə edirdi. Merilinin öldüyü gün qonşuların onun evinə naməlum şəxslərin girib-çıxdıqlarının şahidi olduqlarını bildirmişdirlər. Qeyd edim ki, Merilin Monro ölərkən hamilə olub.
Onu da bildirim ki, Merilin Monro ölən gecə hadisə yerinə gələn Los-Anceles polisi Cek Klemmons qəribə detallarla üzləşmişdi. Polisin açıqlamasına görə, xadimə dərhal çarpayıdakı üzlükləri yuyub, qurulayıb, yerinə qoymuşdu. Ayrıca polis xadimənin qəribə davranışlar etdiyini, suallara isə yayındırıcı cavablar verdiyini də söyləyirdi.
Merlinin son danışığı
Monro öldüyü gecə bir çox insanla telefonla danışmışdı. Ən son kreçmiş həyat yoldaşı və onun qardaşına da zəng edibmiş. Danışıq əsnasında Merilin onlara “Salamat qalın, özünüzə yaxşı baxın, siz yaxşı insanlarsınız”-dey bildiribmiş. Bu danışıqdan narahat olduqları üçün Merlinin vəkilinə onun yaxşı olub-olmadığını yoxlamağı tapşırırlar. Vəkil evə zəng edərək evin xadiməçisindən Merlinin necə olduğunu soruşmuş, qadın isə Monronun çox yaxşı olduğunu bildiribmiş. Hansı ki, Merilin həmin anlarda artıq ölmüşdü.
Merlinin psixoloqu və həkimi evə ilk gələn şəxslər olub. Onlar polisə gecə saat 4:25-də xəbər verib. Merlin Monronun intihar etməsi isə 3:00-da aşkar edilmişdi. Təxminən 1,5 saat evdə meyitlə yalnız qalan xadimə, həkim və psixoloqun tam olaraq orada nə etdikəri də aşkar edilməyib.
Yalnız illər sonra aparılan araşdırmalardan aydın olur ki, onlar bir saat müddətində evdəizləri itirməklə məşğul olublar. Çünki Merilin öldürüləcəyini bildiyi üçün qatili ilə uzun müddət mübarizə aparmışdı.
Sirli qətlin təfərrüatları
Qeyd edək ki, bir neçə il əvvəl ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində hospitalda yatan təqaüdçü Norman Hoces bütün dünyanı şoka salan açıqlama vermişdi. O, açıqlamasında bildirib ki, uzun illər MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsinin) killeri olub və o, 1959-72-ci illər arasında 37 sifarişli qətl həyata keçirib. Hoces MKİ-də 41 il işləyib və ölkənin təhlükəsizliyini təhdid edən şəxslərin (siyasətçi, alim, sənətçi, aktivlər) zərərsizləşdirilməsi ilə məşğul olub.
Keçmiş killer Merilin Monronu qətlə yetirdiyini də etiraf edib. Merilin Monronu qətlə yetirməsindən danışan Hoces bildirib ki, bu əmri ona mayor Cimmi Heyvors verib. Heyvors ona deyib ki, bu qadın mütləq ölməlidir, çünki o, Kennedi ilə yanaşı Fidel Kastro ilə də yatır və ölkənin sirlərini ruslara sata bilər. Öldürdüyü adamların içində yeganə qadının Monro olduğunu bildirən killer deyib ki, 1962-ci il avqustun 5-də gecə saat 1-də Monronun yataq otağına daxil olub və onun damarına yüksək dozalı xloralqidrat nembutal yeridib. O, bu maddənin təsiri ilə ölüb.
Monronun cəsədi kimə təhvil verildi?
Monronun cəsədi əvvəlki həyat yoldaşı Coy Di Maggoya təhvil verilir. 8 avqust 1962-ci ildə “Westwood Village Memorial Park “ qəbiristanlığında dəfn edilir.
O dövrün yazarlarının qeydlərinə görə, boşanmalarına baxmayaraq Di Maggo Monronu çox sevirmiş. Di Maggo, Monro öldükdən sonra davamlı olaraq 20 il ərzində, həftədə 3-4 dəfə onun məzarına güllər aparırmış. Merlinin dəfn hazırlıqlarını da məhz Di Maggo öz üzərinə götürübmüş. O, dəfni özəl olaraq 30 nəfərlik bir mərasim olaraq təşkil etmişdi.
İlginc detal
Merlin Monro haqqında daha bir ilginc detal da onun doğum tarixi ilə ölüm tarixindəki dəyişən rəqəmlərdir. Belə ki, diqqət etsək, aktrisanın doğum tarixi 1926-cı il, ölüm tarixi isə 1962-ci ildir.
Unudulmayan qadın
Ölümündən sonra unudulmayan sənətçi, 1999-cu ildə “People Magazine” tərəfindən “Dünyanın ən seksual qadını” seçilir. Elə həmin il “Playboy” jurnalında “XX əsrin ən seksual ulduzu” seçilir. 2011-ci ildə Çikaqoda aktrisanın 7 metrlik heykəli qoyulub. Kompozisiya “Yeddi illik arzu” filmindəki kadr əsasında yaradılıb. Heykəl Nyu-York metrostansiyasının ventilyasiya sisteminin dəmir çərçivəsi üzərində əks olunur. Heykəli amerikalı rəssam Stüard Conson hazırlayıb.
36 il davam edən həyatında dünyanı heyrətləndirməyi bacaran aktrisa hələ də unudulmur.
Hazırladı: RÖVŞANƏ